Neftin qiyməti 70 dollardan aşağı düşüb

Neftin qiyməti 70 dollardan aşağı düşüb. Bir az əvvəl neftin bir barreli 68 dollardan da aşağı olub. Birjalarda da qiymətlər düşür. Yaponiyanın «Nikkey indexi» birdən-birə 9% ucuzlaşıb. Amerikanın «Dow Jones indexi» isə 8% düşüb. Bu isə 1987-ci ildən bəri ən böyük itki deməkdir.
Avropa Birliyi liderləri oktyabrın 16-da yenə maliyyə böhranını müzakirə edirlər. «Böyük səkkizlik» ilin sonuna böhranla bağlı sammit keçirəcəyini bildirib.