Polis polisə qarşı güc işlədib

Oktyabrın 16-da Braziliyanın San-Paulo şəhərində keçən etiraz aksiyasının dağıdılması zamanı azından 22 nəfər yaralanıb, hamısı da polis əməkdaşları. Çünki qarşıdurma Braziliyanın xüsusi polis dəstəsi ilə San-Paulo polisinin əməkdaşları arasında baş verib.
Bir aydan artıqdır ki, San-Paulo polisi tətil edirdi. Cümə axşamı onlar maaşlarının artırılması tələbi ilə bələdiyyə binasına daxil olmaq istəyəndə qara paltarlı xüsusi polis dəstəsindən olan həmkarları tərəfindən dayandırılıblar.

Qarşıdurma zamanı xüsusi polis dəstəsi gözyaşardıcı qazdan istifadə edib. Braziliya mətbuatı xəbər verir ki, xəsarət alanlardan biri ayağından güllə yarası alan polis zabiti olub.