Boykotçular mitinqi təxirə saldı

Müxalifətin Əməkdaşlıq Mərkəzi oktyabrın 18-nə planlaşdırdığı mitinqi Bibiheybət stadionunda keçirmək təklifini qəbul etməyib. Təklifi Bakı Şəhər İcra Hakimiyyəti vermişdi.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının «Media forum» saytına bildirdiyinə görə, oktyabrın 17-də Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan qurumların nümayəndələri işçi qrup səviyyəsində toplaşaraq 18 oktyabr aksiyasının təxirə salınması barədə qərar çıxarıblar.