Keçmiş prezidentlə indiki prezident siyasi barışıq elan etdi

Serbiyada keçmiş prezident Slobadan Miloşeviçin Sosialist Partiyasıyla indiki prezident Boris Tadiçin rəhbərlik etdiyi Demokrat Partiyası siyasi barışıq barədə bəyannamə imzalayıblar.
Bəyannamədə hər iki partiya Serbiyanın Avropa Birliyinə qoşulmasını dəstəkləyir və Kosovonun müstəqilliyini rədd edir.
Prezident Boris Tadiç bunun milli barışığa aparacağına ümidlə yanaşır.