Azərbaycan təhsilinin imicinə zərbə

Təhsil naziri Misir Mərdanov: «Təhsildə kriminal hadisələrin baş verməsi mənfi haldır»

Təhsil naziri Misir Mərdanov Bakı Maliyyə Kollecində tələbənin müəllimi qətlə yetirməsi hadisəsini belə qiymətləndirib.
Oktyabrın 20-də Maliyyə Kollecinin ikinci kurs tələbəsi Fərhad Məmmədov kollecin maliyyə-vergi şöbəsinin müdiri Sabir Xuduyevi bıçaqla qətlə yetirib. Qeyri-rəsmi məlumata görə şöbə müdiri tələbədən rüşvət tələb edibmiş.

Nazirsə deyir ki, baş verən qətl hadisəsində rüşvət motivi yoxdur: «O uşağın kolleclə bağlı heç bir problemi, yəni akademik borcu olmayıb. Hazırda da imtahan dövrü deyil. Ona görə də rüşvət motivi istisna olunur».

Müəllimini qətlə yetirmiş tələbə saxlanılıb, polis araşdırma aparır.