Konstitusiya Məhkəməsi MSK-nın qərarını təsdiqlədi

Konstitusiya Məhkəməsinin iclası İctimai Televiziya ilə birbaşa yayımlanıb, qərarı məhkəmənin sədri Fərhad Abdullayev oxuyub

Oktyabrın 22-də Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib. Məhkəmə iclasında İlham Əliyev Azərbaycanın prezidenti elan olunub.
Elan olunduğu gündən qüvvəyə minən qərar qətidir, heç bir orqan və şəxs tərəfindən dəyişdirilə, ləğv edilə bilməz.

Konstitusiya Məhkəməsinin iclası İctimai Televiziya ilə birbaşa yayımlanıb, qərarı məhkəmənin sədri Fərhad Abdullayev oxuyub.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçirilib. MSK elan edib ki, hakim partiyanın namizədi, hazırkı dövlət başçısı İlham Əliyev 88 faizdən çox səs toplayaraq (3.232.259) seçkilərdə qalib gəlib.