Gürcüstana 4 milyard dollardan artıq yardım vəd olunub

Avropa Komissiyası hesab edir ki, Qərbə əsas enerji marşrutu kimi Avropa Birliyi Gürcüstanda maraqlıdır

Beynəlxalq donor ölkələr Brüssel konfransında Gürcüstanın bərpasına ümumilikdə 4 milyard dollardan artıq yardım vəd ediblər. Məlumatı Avropa Birliyinin Xarici İşlər Komissarı Benita Ferrari Valder verib.
BMT və Dünya Bankının hesablamalarına görə bu ilin avqust ayında Rusiyayla müharibədən sonra Gürcüstana dəymiş ziyanı aradan qaldırmaq üçün 3 milyard dollardan artıq vəsait lazımdır. Vəsait növbəti 3 ildə infrastrukturun və iqtisadiyyatın bərpası üçün sərf olunacaq.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo deyib ki, Gürcüstana yardım mənəvi borcdur, eyni zamanda Qərbə əsas enerji marşrutu kimi Avropa Birliyi Gürcüstanda maraqlıdır.