«Heç kim XXI əsrin təhlükələrindən sığortalana bilməz»

Ban Ki Mun qlobal maliyyə böhranın nəticəsindən də, dərin narahatçılıq duyduğunu deyib

Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı Günüdür. Bu günlə bağlı BMT Baş katibi Ban Ki Mun dünya xalqlarına müraciət edib. Müraciətdə deyilir ki, indi heç vaxt olmadığı kimi bizə daha aydın olur ki XXI əsrin təhlükələrindən heç kim sığortalana bilməz. Bir çox ölkələr hələ də, 2015-ci ilə qədər nəzərdə tutulmuş Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq iqtidarında deyillər.
Ban Ki Mun qlobal maliyyə böhranın nəticəsindən də, dərin narahatçılıq duyduğunu deyib. O, bildirib ki, hələ heç zaman idarəçilik və əməkdaşlıq indiki qədər əhəmiyyətli olmayıb.