İranda azərbaycanlıların hüquqları uğrunda mübarizənin tanınmış simalarından biri Qulamrza Əmani oktyabrın 23-ü axşam saatlarında avtomobil qəzasında həlak olub.
GAMOH Bakıdakı nümayəndəsi Ağrı Qaradağlı «Azadlıq» radiosuna bildirib ki, qəza Təbriz yaxınlığında baş verib: «Avtomobil böyük tutumlu yük maşını ilə toqquşub. Onunla birgə maşında olan dörd nəfərin hamısı ağır yaralanıb. Onları Təbrizin mərkəzindəki İmam Rza xəstəxanasına çatdırsalar da, Qulamrza Əmani və qardaşının həyatını xilas etmək mümkün olmayıb».
Ağrı Qaradağlı onu da deyib ki, qəzada xəsarət alan digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilməyib və hazırkı durumları barədə məlumat yoxdur.
Qulamrza Əmani 2003-cü ildə Bəz qalasına yürüşün əsas təşkilatçılarından biri olub, son on il ərzində Milli hüquqları müdafiə etdiyinə görə dəfələrlə həbslərdə olub.
Əmani və digər fəallar İranda azərbaycanlılara ana dilində təhsil hüququnun verilməsini tələb eldirlər.