Gürcüstan bu qış da Azərbaycandan qaz almaqda problem görmür. Bunu Gürcüstanın Xarici İşlər naziri Eka Tkeşelaşvili deyir. Onun sözlərinə görə, hazırda Azərbaycanla qaz razılaşması üzərində işlər yekunlaşmaq üzrədir:
«Mən əminəm ki, bu qış da qaz təchizatında problem olmayacaq. Biz hazırda bu sahədə razılaşma üzərində işlərimizi yekunlaşdırmaq üzrəyik».
Oktyabrın 28-də «Azadlıq» radiosunun Praqadakı ofisində jurnalistlərlə görüşündə Eka Tkeşelaşvili həm Rusiya ilə müharibə, həm də ondan sonrakı dövrdə Azərbaycanla əlaqələrdən, Bakının bu məsələlərə münasibətindən razı qaldıqlarını deyib.
GUAM-ın gələcəyi barədə pessimist bəyanatlarla bağlı suala cavabında xanım Tkeşelaşvili deyib ki, təşkilatın üzvləri arasında konkret məsələlərə dair çox aydın anlaşmalar var. Hazırda qurumun enerji və nəqliyyat sahəsinə dair layihələri həyata keçirilir.
GUAM-la bağlı kənar söz-söhbətlərə gəlincə, nazir bu vəziyyətin Rusiyanın Gürcüstana müdaxiləsi fonunda təhlükəli ola biləcəyini etiraf edir. Eyni zamanda bildirir ki, ən azı Tbilisi tərəfdən təşkilatın perspektivləri barədə hər hansı anlaşılmazlıq yoxdur.
Rusiyanın Qafqazda niyə Azərbaycana və Ermənistana deyil, daha çox Gürcüstana qarşı qəzəbli olması barədə suala cavabında Tkeşelaşvili deyib ki, burada Moskvanın əsas hədəfi heç də Cənubi Osetiya və Abxaziyaya nəzarəti ələ keçirmək deyildi. Onsuz da bu region son 15 ildə Moskvanın əlində idi. Onun fikrincə, Rusiyanın əsas məqsədi Gürcüstanda hakimiyyəti devirməklə bu ölkədəki davamlı islahatları, Tbilisinin Avropaya doğru hərəkətini dayandırmaq idi:
«Beləliklə, Gürcüstan ilk hədəf oldu. Əgər regionun başqa bir ölkəsində də bu cür islahatlar, Qərbə doğru hərəkət olsaydı, əminəm ki, həmin ölkə Moskvanın hədəfi olardı».
E.Tkeşelaşvili hesab edir ki, Rusiya ilk hədəf kimi Gürcüstanı seçməklə bir neçə məqsəd güdürdü. Bununla Moskva həm Qərbə enerji təchizatı yollarına nəzarəti tam ələ keçirmək, həm də Avropaya doğru hərəkətin nəticəsinin nə ola biləcəyi barədə region ölkələrinə siqnallar vermək, özünün supergüc və Qafqazda müstəsna nüfuz sahibi olduğunu dünyaya nümayiş etdirmək istəyirdi.
Eka Tkeşelaşvilinin fikrincə, Moskva keçmiş sovet ölkələrinə təsir üçün özünün yaratdığı etnik münaqişələr minalarından istifadə edir. Dağlıq Qarabağ münaqişəsindən də bu məqsədlə zaman-zaman çox faydalanıb.