Prezidentlər noyabrın 2-də Moskvada görüşəcəklər

Medvedev oktyabrın 21-də Ermənistana səfəri zaman üç prezidentin görüşünü keçirməyi təklif edib

Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycanın dövlət başçıları noyabrın 2-də Moskvada görüşəcəklər.

Məlumatı Kremlin mətbuat xidməti yayıb.

İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan görüşdə Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcəklər.

Rusiya prezidenti Dmitri Medvedev oktyabrın 21-də Ermənistana səfəri zamanı belə bir formatda görüş keçirilməsini təklif edib.
Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi ATƏT-in Minsk qrupunun missiyasına aiddir. Hazırda danışıqları Minsk qrupunun Rusiya, Amerika və Fransadan olan həmsədrlər aparır. Həmsədrlər bu vaxta kimi üç həll variantı irəli sürsələr də, onların heç birini tərəflər qəbul etməyib.