Duma Gürcüstanın separatçı regionlarıyla müqavilələri təsdiqləyib

Rusiya Dövlət Duması Gürcüstanın separatçı regionlarıyla müqavilələri təsdiqləyib. Müqaviləyə əsasən Rusiya Abxaziya və Cənubi Osetiyada 7 mindən çox əsgər saxlaya bilər.
Avqustda Gürcüstanla münaqişədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.