Xarici yayımlar ölkədə mühüm alternativdirlər

Jurnalistləri Müdafiə Komitəsi deyir ki, xarici yayımlar ölkədə mühüm rol oynayırlar

Xarici radiostansiyaların yayımının yerli dalğada dayandırılması azərbaycanlıların əlindən müstəqil xəbəri, müzakirəni alır. Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi belə deyib.
Milli Teleradio Şurası bildirir ki, gələn ildən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının FM tezliyində yayımı dayandırılacaq. Bu barədə qərar şuranın gələn aykı iclasında verilməlidir.

Jurnalistləri Müdafiə Komitəsi deyir ki, xarici yayımlar ölkədə mühüm rol oynayırlar, onlar mühüm alternativdirlər, çünki yerli xəbər proqramlarında əsasən hakimiyyətin mövqeyi üstünlük təşkil edir.

«Sərhədsiz Reportyorlar» təşkilatı da prezident İlham Əliyevə məktubla müraciət edib. Təşkilat prezidentdən Milli Teleradio Şurasının üç xarici radionun yayımının dayandırılması barədə planlarına müdaxilə etməyi xahiş edir.