«Azadlıq» radiosu azərbaycanlılar üçün də, bizim üçün də vacibdir»

ABŞ Dövlət katibi yardımçısının müavini Metyu Brayza

«Azadlıq» radiosu azərbaycanlılar üçün vacibdir. Azərbaycanlılar üçün vacib olan bizim üçün çox vacibdir».

Bunu «Azadlıq» radiosuna müsahibəsində ABŞ Dövlət katibi yardımçısının müavini Metyu Brayza bildirib. O deyib ki, «Azadlıq» radiosu Azərbaycanda demokratiyanın inkişafı üçün əhəmiyyət daşıyır.

«Mən bilirəm ki, siz obyektivsiniz. Mən sizin dediyinizlə hər zaman razı deyiləm və mənim dediklərimlə siz razı olmaya bilərsiniz. Amma vacib olanı budur ki, siz bundan sonra da yayımınızı davam etdirəsiniz. Çünki demokratiya olan elə budur. Sizin yaydığınız məlumatlar azərbaycanlılar üçün vacibdir. «Azadlıq» radiosu çox populyardır. Eşitdiyimə görə, sizin problemləriniz başlayandan populyarlığınız daha da artıb. Bu o deməkdir ki, siz azərbaycanlılar üçün vacibsiniz», - deyə M. Brayza bildirib.