Konstitusiya dəyişikliyi təklifi 1-ci oxunuşda qəbul olundu

Rusiya Dövlət Dumasının aşağı palatası birinci oxunuşda prezident Dmitri Medvedevin konstitusiyaya dəyişikliklə bağlı təklifini dəstəkləyib. Təklifə görə Rusiyada prezidentin səlahiyyət müddəti 4 ildən 6 ilə qədər artırılmalıdır.

Layihənin lehinə 388, əleyhinə 58 nəfər səs verib.
Səlahiyyətlərin artırılması təklifini prezident Dmitri Medvedev ilk dəfə xalqa müraciəti zamanı təklif etmişdi.

Dəyişikliklər hazırkı prezident Medvedevə şamil edilməyəcək.