«O vaxtkı Azərbaycan SSR Elmlər Akademiyasının ailələr yataqxanasının həyətinə Politexnik, BDU və Akademiyanın işçiləri yığışaraq piyada BDU-nun qarşısına yürüş etdilər. Müəllimlər tələbələri bayıra buraxmırdılar, onlar pəncərələrdən tullanaraq dəstəyə qoşulurdular. Həmin dəstə Əzizbəyovun heykəlinin yanınadək piyada getdi, orada polis insanların qarşısını kəsdi. Amma coşğun dalğanın qarşısında polis tab gətirə bilmədi».
Həmsöhbətim Səftər Nəhmətli 20 il öncə - 1988-ci il noyabrın 17-də o vaxt Leninin adını daşıyan indiki «Azadlıq» meydanına üz tutan minlərlə insandan biridir. Deyir ki, həmin gün sanki bütün Azərbaycan meydana toplaşmışdı, hamı bir ailə idi.
Həmin hadisələrin başqa bir iştirakçısı, mitinqlərin təşkilatçılarından olan Sabir Rüstəmxanlı deyir ki, 20 il öncə meydana daha çox torpaqların müdafiəsi, Ermənistanın Azərbaycana ərazi iddiasının qarşısını almaq niyyəti ilə çıxmışdılar. Amma biləndə ki, SSRİ rəhbərliyi məsələyə ikili standartlarla yanaşır və daha çox Ermənistanı müdafiə edir, onda hərəkatın hədəfi də dəyişdi. Və xalq öz azadlığını - Azərbaycanın Sovet İttifaqından ayrılıb müstəqil dövlət qurmaq tələbini irəli sürdü. S.Rüstəmxanlı deyir ki, fasiləsiz xarakter alan hərəkat özünün əsas məqsədinə çatdı – Sovetlər İttifaqı dağıldı və müstəqilliyə nail olundu:
«Əslində, dövlət müstəqilliyinin bərpası 1988-ci ildəki mitinqlərdən başlamışdı».
Sabir Rüstəmxanlı deyir ki, 20 il öncə müstəqil dövləti daha ideal şəkildə təsəvvür edirdi. Amma görünən odur ki, ötən müddət ərzində xalq müstəqilliyin əsil dadını dada bilməyib. Siyasətçiyə görə, həmin hadisələrdən uzun müddət keçsə də, Azərbaycanın tam hüquqi, demokratik dövlətə çevrilmə prosesi hələ də qarşıda duran mühüm vəzifə olaraq qalır.
Amma politoloq Zərdüşt Əlizadənin 1988-ci il hadisələrinə münasibəti fərqlidir. O deyir ki, əgər həmin vaxt baş verənlər xalqın azadlıq hərəkatı idisə, onda indi xalq öz azadlığına qovuşmuş olardı:
«Bu, mərkəzin və yerli partiya nomenklaturasının bir əməliyyatı idi, eyni əməliyyat Ermənistanda da keçirilirdi. Orda da münaqişəni dərinləşdirirdilər, burda da. Demokratiya qalmışdı qıraqda. Hər iki ölkədə qarşılıqlı etnik nifrət aşılayırdılar. Xalqı Qarabağ bizi ilə bizlədilər və başını divara vurdular. Əgər azadlıq hərəkatı idisə, hanı azadlıq?»
Fərqli münasibətlərə baxmayaraq, bu gün 17 noyabr rəsmi bayramların sırasındadır – Milli Dirçəliş Günüdür. Bu gün 1988-ci il noyabr hadisələrindən düz 20 il keçir.