Obama Saakaşvili ilə telefonla danışıb

Amerikanın yeni seçilmiş prezidenti Barak Obama ilə Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili arasında telefon danışığı olub.
Obamanın ofisindən deyiblər ki, bu telefon danışığı Saakaşvilinin təbrik zənginin ardınca olub.
Yeni vitse-prezident Cozef Baydın da M.Saakaşvili ilə telefonda danışıb.
Danışığın təfərrüatı barədə məlumat yoxdur.