Araşdırmaçı jurnalist döyüldü

Ermənistanda jurnalisti döyüblər. Təzyiqə məruz qalan jurnalist Edik Baqdasaryan Ermənistanın Araşdırmaçı Jurnalistlər Birliyinin rəhbəridir. Polisin məlumatına görə, üç naməlum şəxs jurnalistə işdən qayıdarkən hücum edib.
Edik Baqdasaryan xəstəxanaya yerləşdirilib. O, hücuma peşəkar fəaliyyətinin səbəb ola biləcəyini istisna etmir.
Faktla bağlı araşdırma aparılır.