Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi ləngiyir

Avropa Birliyi, viza

Azərbaycanın Avropa Birliyi ilə azad ticarət zonasına daxil olmasına əsas maneə Dünya Ticarət Təşkilatına hələ də üzv qəbul olunmamasıdır.

Bunu Azərbaycanın Avropa Birliyindəki səfiri Emin Eyyubov bildirib.

Gürcüstan və Ermənistan artıq Avropa Birliyi ilə azad ticarət zonası çərçivəsində işləmək arzusunda olduqlarını bildiriblər. Bu iki dövlət Dünya Ticarət Təşkilatının üzvləridir.

Avropa Parlamenti viza rejimi ilə bağlı danışıqları aparmaq üçün Avropa Komissiyasına mandat verib, amma Azərbayacanla bu hələ mümkün deyil.

Azərbaycanın Avropa Birliyindəki səfiri Emin Eyyubov deyir ki, viza rejiminin sadələşdirilməsi mövzusunda aparılan dialoqun şərtlərindən biri readmissiya - yəni qeyri-qanuni miqrantların ölkəyə geri qaytarılmasıdır.

Viza rejiminin sadələşdirilməsi tələbələr, elm adamları, jurnalistlər və qrupların Avropa Birliyinə daha asan səfər etməsi üçün nəzərdə tutulur.