Yarmarkada 7 mindən artıq iş yeri təklif olunacaq

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin 55 şəhər və rayonunda 57 əmək yarmarkası keçirib

Noyabrın 20-i Bakıda növbəti əmək yarmarkası keçiriləcək. Heydər Əliyev adına Əl oyunları idman sarayında təşkil ediləcək yarmarkada 7 mindən artıq iş yeri təklif olunacaq. Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verib.
Yarmarkada təklif olunan iş yerlərinin bir qisminin maaşının ölkə üzrə orta aylıq əməkhaqqından yüksək olduğu deyilir. Yarmarka 2 gün davam edəcək.
Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin 55 şəhər və rayonunda 57 əmək yarmarkası keçirib və 6270 nəfər işlə təmin olunub.