Polis noyabrın 18-də «Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasovun evinə basqın edən şəxsi yaxalayıb. Xəbəri «Azadlıq» radiosuna İdrak Abbasov verib.
Jurnalistin sözlərinə görə, onun evinə basqın edən Babək rayon sakini Əli Quliyevdir. İndi polis faktla bağlı araşdırmalara başlayıb. Araşdırmalardan sonra Əli Quliyevin haqqında cinayət işinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı qərar veriləcək.
Jurnalist iddia edir ki, Əli Quliyev noyabrın 18-də onun evinə basqın edib, onu və ailə üzvlərini təhqir edib, itini isə öldürüb. İdrakı Abbasov qohumları ilə bir yerdə olaydan dərhal sonra Ə.Quliyevi polisə təhvil versə də, onu Binəqədi rayon polis idarəsinin 40-cı bölməsində 3 saat saxladıqdan sonra onu azad etmişdilər.