Təhsil islahatlarının ikinci mərhələsi başlayır

Təhsil naziri Misir Mərdanov deyir ki, islahatların ikinci mərhələsi 2008-2013-cü illəri əhatə edəcək

Təhsil Sektorunun İnkişafı layihənin ikinci mərhələsinə 45.4 milyon ABŞ dolları vəsait ayrılıb. Vəsaitin 25 milyonunu güzəştli şərtlər əsasında Beynəlxalq İnkişaf Assosiasiyası ödəyəcək, 20.4 milyon dolları isə Azərbaycan hökuməti üzərinə götürüb.
Bununla bağlı noyabrın 24-də seminar keçirilib. Təhsil naziri Misir Mərdanov deyir ki, 2008-2013-cü illəri əhatə edəcək layihənin əsas məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlimin nəticələrinin yaxşılaşdırılmasıdır.

Layihədə təhsil sistemində bir sıra yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub.