Əsgər hərbi hospitalda vəfat edib

Azərbaycan Ordusunun əsgəri hərbi hospitalda vəfat edib. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Coşqun Əbdülrəhmanov noyabrın 23-ü Bakıdakı Mərkəzi Hərbi Hospitalda qan damar xəstəliyindən vəfat edib. Coşqun Əbdülrəhmanov ötən ilin oktyabrında İmişli rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Əsgərin cənazəsi artıq ailəsinə verilib.
Ötən həftə də ordunun bir əsgəri xəstəlikdən vəfat etmişdi. Rəsmi məlumata görə, 18 yaşlı Ruslan Adıgözəlovun ölümünə səbəb meningit olub.