Gələn həftə Brüsseldə NATO nazirlərinin görüşü keçiriləcək. Birləşmiş Ştatların dövlət katibi Kandaliza Rays deyib ki, o, görüşdə Gürcüstan və Ukraynanın üzvlüyüylə bağlı təkid etməyəcək. Rays bildirib ki, NATO-Gürcüstan və NATO-Ukrayna komissiyalarıyla danışıqları intensivləşdirə bilərlər.