Zyuqanov yenidən Rusiya kommunistlərinin lideri seçilib

Gennadi Zyuqanov yenidən Rusiya Kommunist Partiyasının sədri seçilib.

O, 1993-cü ildən Rusiya kommunistlərinin lideridir. Zyuqanov əmindir ki, sosial narazılıq, qlobal maliyyə böhranı kommunistlərin hakimiyyətə qayıtmasına kömək olacaq. Bu fikirləri o, kommunistlərin illik qurultayında deyib.