Naxçıvanda zəlzələ olub

Dekabrın 7-də Naxçıvanda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 20.22-də Naxçıvan şəhərindən 33 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin gücü Rixter cədvəli üzrə 3,5 bal olub. Episentrə yaxın olan yaşayış məntəqələrində zəlzələ 3 bal gücündə hiss olunub, dağıntı və tələfat yoxdur. /AzərTAc/