Belə getsə, Xəzər dənizinin Azərbaycan sektoru sahilsiz qalacaq. Heç bilirsiz niyə? Ona görə ki, indi dənizin lap 20 metrliyində nə istəsən tikə bilərsən. Özü də buna qanun imkan yaradır. Əgər əvvəllər dənizin sahilindən 80-130 metr aralı ev, müəssisə və obyekt tikməyə icazə var idisə, Milli Məclisin «Torpaq islahatı haqqında» qanuna etdiyi son dəyişiklikdən sonra həmin məsafə 50 metrdən 20 metrə qədər azaldılıb. Bu, həm də o deməkdir ki, qanuna edilən son dəyişikliklə dövlət dənizin sahil zolağındakı torpaqlarının çoxunu itirdi. Yəni indi dövlətin dəniz sahilində sahib olduğu torpağın eni 50 metrdən çox deyil. Amma iş burasındadır ki, indi Xəzər dənizinin bir sıra yerlərində heç dövlətə məxsus 20 -50 metrlik məsafə də qalmayıb. Artıq suyun içərisində tikinti işləri aparılmaqdadı. Bəzi yerlərdə ətrafdan daşınıb gətirilən daş parçaları hesabına sahil 10-15 metr genişləndirilib. Dənizin əsl sahilisə yeni tikililər altında qalıb. Burdakı mənzərədən elə başa düşmək olar ki, indiyə qədər qanundakı 80-130 metrlik məsafə sahildən dənizə yox, dənizin içərisinə qədər kimi tətbiq edilib. Çünki elə tikililər var ki, onlar dənizin 20-30, bəzən 200 metr içərilərinə doğru gedib çıxır. Belə bir mənzərənin ən aydın nümunəsi Qaradağ rayonunun Sahil qəsəbəsindədir.
Dövlət Yol Polisinin Qaradağdakı postundan başlamış düz Qobustan qəsəbəsinə qədər yol boyu dənizin sahili 4 metrlik hasara alınıb. Mən həmin hasarlanmış ərazidən bir təhər dənizin sahilinə gedə bilsəm də, sonradan sahildən geri - Bakı-Salyan-Astara magistralına çıxmaq üçün xeyli müddət yol axtarmalı oldum.
Burda kimdənsə görülən işlər haqqında məlumat almaq cəhdi də xeyli təhlükəlidir. Hətta görülən işləri tərifləmə fəndindən istifadə də burda köməyə gəlmir. Bundan başqa, dənizin sahilindəki tikililərin yanından keçmək və həmin tikililərə diqqətlə baxmaq belə, həmin obyekt sahiblərinin qəzəbinə səbəb ola bilər. Burda jurnalistlərin suallarına bir cavab var, o da heç verəcəyin sualı sona çatdırmamış alınan cavabdır: «Bir də buralarda görünmə». Mətbuat azadlığı, söz azadlığı deyib, məni obyektdən uzaqlaşdıran qara rəngli «CEEP»dəki şəxsə nəyisə təkrar demək istəsəm də, «burda görülən işlər jurnalistlik deyil» deyib tez ərazidən uzaqlaşmağımı istədi. Başqa çıxış yolu görmədiyimdən həmin ərazidən uzaqlaşdım. Amma bir qədər sonra daha bir tikinti aparılan əraziyə yaxınlaşdım. Düzdür, burda məni hədələyən olmasa da, heç danışan da olmadı.
Beləliklə, mən həmin ərazidən hər hansı məlumat ala bilmədim. Amma gördüyüm o oldu ki, həmin yerdə dənizin sahil zolağında heç bir metr də torpaq qalmayıb. Ərazi qala divarları kimi hasara alınıb.
«Torpaq islahatı haqqında» qanuna dəyişiklikləri müdafiə edən millət vəkilləri isə hesab edirlər ki, bu dəyişiklik vətəndaşların maraqlarına xidmət edir. Milli Məclisin Aqrar Siyasət Daimi Komissiyasının sədri Eldar İbrahimov hesab edir ki, qanuna dəyişiklik sahil zolağında yaşayan minlərlə insanı evi sökülmək xətasından azad edir.
Mənim Qaradağ rayonunun Sahil qəsəbəsinə getməkdə bir məqsədim də elə dəniz sahilindəki tikililərin həqiqətənmi yoxsullara məxsusluğunu araşdırmaq idi. Elə bu səbəbdən də dənizdən 200-300 metr aralı Sahil qəsəbəsinə yolandım. Onlardan həmin ərazilərin kimə məxsusluğunu soruşduim:
- Allah haqqı bizim deyil, bax bizim evimiz budu, var-dövlətimiz bir inəyimiz idi, onu da dünən qatar vurdu, heç tikəsi ələ gəlmədi, ərim də üç ildi xəstə yatır. Laçın rayonundan qaçqınıq. Qəsəbədə iş axtarıram, amma deyirlər iş yoxdu. Bir ailə qaçqınlara verilən 60 manat çörəkpulunun ümidinə qalıb.
- Ay qardaş, sən bilmirsən ora bizim deyil, orda əkilən palmaların biri 2 min manatdı, bizim o qədər pulumuz hardandı. Ora elə bil Afrikadı, gör nə qədər palma əkiblər. Söz-söhbət var ki, bir azdan ora meymun da buraxacaqlar.
Sahil qəsəbəsinin sakinləri həm də deyirlər ki, dənizin sahili hasara alınandan bəri yayda dənizdə çimmək üzünə həsrət qalıblar. Elə yay-qış evdə çimirlər. Hətta qəsəbə sakinlərini həmin yerə balıq tutmağa belə buraxmırlar:
- Mən bir neçə dəfə istəmişəm ora gedim balıq tutum, buraxmayıblar.
Sahil qəsəbəsinin sakinləri deyirlər ki, belə getsə, bir neçə ildən sonra dənizin sahilində torpaq qalmayacaq və onda Milli Məclis «Torpaq islahatı haqqında» qanuna yox, yəqin ki, su ehtiyatları haqqında qanuna dəyişiklik etməli olacaq.
Parlamentdəki müzakirələr zamanı sahil zolağının 20 metrə qədər azaldılması məsələsinə etiraz edən millət vəkili Pənah Hüseynsə hesab edir ki, sahil zolağının belə qısaldılması bir qrup oliqarxın, yüksək vəzifəli şəxslərin Xəzər dənizi sahilində zəbt etdiyi torpaqları qanuniləşdirmək cəhdindən başqa bir şey deyil. Bu baxımdan o düşünür ki, qanuna dəyişiklikləri dəniz sahilində yaşayan əhalinin mənafeyinin qorunması kimi qələmə vermək yersizdir. Millət vəkili deyir ki, qadağa 80-130 metr olanda da, 500 metrə qədər dəniz sularına girib orda obyekt tikənlər vardı.