Dekabrın 9-u Korrupsiya ilə Beynəlxalq Mübarizə Günüdür

«Hər il səhiyyə, məktəblər, təmiz su və infrastruktur üçün lazımlı milyardlarla dollar pul ya oğurlanır, ya da rüşvət və digər yollarla yoxa çıxır»

Dekabrın 9-u Korrupsiya ilə Beynəlxalq Mübarizə Günüdür. Bu günü BMT təsis edib. BMT-nin Baş katibi Ban ki Munun yazılı müraciətində deyilir ki, «acgözlük və korrpusiya» hazırki qlobal maliyyə böhranını törədən səbəblərdən biridir.

Ban Ki Mun qeyd edir ki, hər il səhiyyə, məktəblər, təmiz su və infrastruktur üçün lazımlı milyardlarla dollar pul ya oğurlanır, ya da rüşvət və digər yollarla yoxa çıxır. Bu isə hökumətlərin adi vəzifələrini yerinə yetirməsini çətinləşdirir və insanların əsas hüquqlarını inkar edir.
Ban Ki Mun əlavə edir ki, korrupsiya - demokratik institutları zəiflədir və qanunun aliliyini sarsıdır, eyni zamanda terror əməliyyatlarının maliyyələşdirilməsinə imkan yaradır.