«Bakının qaralmış, əyri-üyrü daşları da mənə əzizdir…» «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - xalq artisti, tanınmış xanəndə Səkinə İsmayılova belə deyir. Bakıda doğulub, boya-başa çatan sənətkarın şəhərin köhnə görünüşü üçün burnunun ucu göynəyir:
«İlk qastrol səfərim 1983-cü ildə Fransaya olub. Bakıya qayıdandan sonra hər iki ölkəni müqayisə etdim. Fikirləşdim ki, bəlkə də 50 ildən sonra bizim şəhər belə inkişaf edər, yaşam tərzimiz dəyişər. Amma üstündən çox vaxt keçmədi ki, Bakı dəyişdi. Həm yaxşı, həm də pis tərəfə. Bilirsiz, Bakının simvolu olan elə şeylər var ki, gərək onları dəyişməyəydilər».
Uşaqlıq illərindən danışan Səkinə xanım Qurban bayramını təmtəraqla qeyd etdiklərini xatırlayır:
«Biz Bakının köhnə məhəllələrindən birində yaşayırdıq. Balaca həyətdə 22 kirayənişin qalırdı. Qurbanlıq kəsilib, bütün kirayənişinlərə paylanırdı. Balaca evlərdə yaşayırdıq, amma mehribançılıq, səmimiyyət vardı».
Dünyanın 35-ə yaxın ölkəsində konsert verən Səkinə İsmayılova Azərbaycanda qavalla ifa edən ilk qadın xanəndədir. O, ilk dəfə qavalla ABŞ səhnəsinə çıxdığını deyir:
«20 il öncə ABŞ-ın Hyuston ştatında Bakı-Hyuston arasında bağlanan qardaşlıq müqaviləsi münasibətilə konsert verməliydik. Amma konsertə üç nəfər gedə bilərdi – tar, kamança ifaçıları və mən. Yəni, qaval ifaçısına yer yox idi. Səfərə düz iki həftə qalırdı. Mən özüm qavalı əlimə alıb, ifa etməyə başladım. Fikirləşdim ki, kişi xanəndələr üçlükdə özlərini müşayiət edirlər. Niyə bunu qadın edə bilməsin?»
Xanəndə əlavə edir ki, ondan sonra qavalla səhnəyə çıxan böyük bir qadın xanəndə nəsli yetişib.