Avropa Komissiyası inkişaf etməkdə olan 16 ölkəyə Avropa İttifaqı ərazisinə minlərlə adda məhsulun rüsumsuz ixracını həyata keçirməyə icazə verib.
Avropa Komissiyasının bəyanatında deyilir ki, 2009-cu ilin əvvəlindən 2011-ci ilin sonuna qədər Ermənistan, Azərbaycan, Boliviya, Kolumbiya, Kosta-Rika, Ekvador, Salvador, Gürcüstan, Qvatemala, Qonduras, Monqolustan, Nikaraqua, Paraqvay, Peru, Şri-Lanka və Venesuela Ümumi İmtiyazlar Sistemi (generalised system of preferences GSP) planı çərçivəsində xüsusi ticarət üstünlükləri əldə edəcəklər. /Turan/