«Yeni Müsavat» qəzeti:
«Rəsul Quliyevlə Məmmədrəfi Məmmədov rus qoşunlarını Azərbaycana gətirmək istəyirdi. Ancaq mən buna qəti şəkildə etiraz etdim». Bu fikirlər Heydər Əliyevə məxsusdur. AzTV-də efirə gedən filmdə keçmiş dövlət başçısının dilindən səslənən bu sözlər maraq doğurub. Azərbaycanın sabiq Müdafiə naziri M. Məmmədovun rusmeylli olması barədə indiyədək çox fikirlər səslənsə də, analoji fikirlər eks-spiker Rəsul Quliyev haqqında eşidilməmişdi.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bununla bağlı 1994-cü ildə baş verən bir əhvalatı danışdı:
«Yadımdadır ki, ATƏT-in Minsk Qrupunun həmsədri Yan Elyason, Heydər Əliyev və mən gecə vaxtı Prezident Aparatında oturmuşduq. Bu zaman televiziya xəbər verdi ki, Azərbaycanın Moskvada səfərdə olan Müdafiə naziri M. Məmmədov Qraçovla mətbuat konfransı keçirib. Qraçov isə bəyan edib ki, Azərbaycanın müdafiə naziri Azərbaycana iki alay rus əsgərinin göndərilməsinə razılıq verib. H. Əliyev bunu eşidən kimi sərt reaksiya verdi. O, dərhal Məmmədrəfini tapdırdı və telefonla dişinin dibindən çıxanı ona dedi. Ardınca Moskvadakı rəsmi şəxslərlə əlaqə yaradıb «Qraçov kimdir ki, belə bir bəyanat verir», - deyə etirazını bildirdi. Eyni zamanda, H. Əliyev Rusiyanın belə bir addım atmaq istədiyi haqda xarici mənbələri də məlumatlandırdı və bildirdi ki, bu, Azərbaycana qarşı təcavüz niyyətidir. Yəni bu, bir faktdır ki, o zaman H. Əliyevin sərt, enerjili reaksiyası rus alaylarının Bakıya gəlməsinin qarşısını aldı»…
V. Quluzadə rus qoşunlarının Azərbaycana gətirilməsində R. Quliyevin maraqlı olması barədə eşitmədiyini qeyd etdi.
«Azadlıq» qəzeti:
Beynəlxalq Böhran Qrupu (BBQ) Azərbaycanda müdafiə sektoru və islahatlarla bağlı vəziyyət haqqında hesabat açıqlayıb. Hesabatda göstərilir ki, Azərbaycan Dağlıq Qarabağ və yeddi ətraf rayonun qaytarılması üçün güclü ordu yaratmağa cəhd edir. Lakin hərbi büdcəsini sürətlə artırsa da, hələlik Ermənistan Silahlı Qüvvələri üzərində gözlə görünən üstünlüyə nail ola bilməyib...
BBQ yaxın gələcəkdə Dağlıq Qarabağda fəal döyüş əməliyyatlarının bərpası ehtimalını aşağı qiymətləndirir. Bunun əvəzinə hesab edir ki, ayrı-ayrı iqtidar qrupları hakimiyyət ambisiyalarını təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər…
Sənəddə qeyd olunur ki, hökumətin silahlı qüvvələrdə əhəmiyyətli islahatlar aparmaq öhdəlikləri ölkənin müasirləşməsinin və demokratikləşməsinin tərkib hissəsidir. Lakin ölkədə demokratikləşmə prosesi dayanıb. Bundan başqa, ölkə parlamenti hərbi xərclərə nəzarət yarada bilməyib və onun güc nazirlərini, o cümlədən müdafiə nazirini hesabat üçün çağırmaq səlahiyyəti yoxdur.
Azərbaycanın NATO ilə əməkdaşlığına toxunan BBQ qeyd edir ki, 2005-ci və 2008-ci illərdə imzalanmış Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planı (IPAP) silahlı qüvvələrə vətəndaş nəzarəti, hərbi planlama və müdafiə büdcəsinin tərtib edilməsi, NATO ilə operativ uyğunlaşma və NATO standartlarına uyğun şəkildə quruluş dəyişikliyinin ümumi konturlarını müəyyən edir. Lakin rəsmi Bakı bilərəkdən IPAP-ın tövsiyə etdiyi islahatların reallaşmasını gecikdirir.
«Moskvanın avqustda Gürcüstana hərbi müdaxiləsinin nəticələri onu çoxistiqamətli siyasətin üstünlüklərinə daha çox inandırıb və NATO ilə inteqrasiya istiqamətində irəliləməyə hazırlığını zəiflədib,» – deyə sənəddə bildirilir...
«Yeni Azərbaycan» qəzeti:
«Ahıska türklərinin öz dədə-baba torpaqlarına – Gürcüstana qayıtması bu ölkənin Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəlik idi. Biz isə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların qayıtması məsələsini Ermənistanın AŞPA qarşısında öhdəlikləri sırasına salınması üçün çox çalışmalıyıq...»
Bunu «Yeni Azərbaycan»a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva deyib:
«Belə bir potensial var və biz həmin potensialdan daha düzgün istifadə etməliyik. Bu baxımdan, məsələni AŞPA-nın qarşıdan gələn sessiyasında bir daha qaldıracağıq...».