«Barsa» «El Klassiko»nun qalibi oldu

Lionel Messi bu dəfə də qələbədə pay sahibi oldu

Dekabrın 13-ü gecə futbol üzrə İspaniya çempionatının 15-ci turunda bəzi qarşılaşmalar keçirilib. «Nou Kamp»da «Real»ı (Madrid) qəbul edən «Barselona» Eto`o və Messinin qarşılaşmanın sonuna 7 dəqiqə qalmış vurduğu qollarla matçı qələbə ilə başa vurub: 2-0.
Onu da qeyd edək ki, Eto`o matçın 70-ci dəqiqəsində «Real»ın qapısına təyin edilmiş penaltini reallaşdıra bilməyib.
Bununla da «Barselona» son üç ildə ilk dəfə olaraq «Nou Kamp»da «Real»ı məğlub edə bilib.

Bu qələbədən sonra xallarını 38-ə yüksəldən «Barselona» primeroda liderliyini davam etdirir. Katalon klubunun ən yaxın izləyicisi «Valensiya» ilə xal fəqri səkkizdir.
«Real» isə 26 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.