Neft hasilatı rekord həddə azaldıldı

Hazırda dünya neftinin 40 faizini OPEK təşkilatına üzv ölkələr verir

Neft ixrac edən ölkələri birləşdirən OPEK təşkilatı yanvarın 1-dən gündəlik neft hasilatını 2,2 milyon barel azaltmağa qərar verib.
Bu, 1982-ci ildən bu yana OPEK tarixində ən böyük ixtisar hesab olunur.
Neft hasilatını azaltmaq qərarı dekabrın 17-də Əlcəzairdə OPEK üzvləri tərəfindən verilib.
OPEK üzvü olmasa da, Azərbaycanı sammitdə təmsil edən Yanacaq və Energetika naziri Natiq Əliyev deyib ki, Azərbaycan da gündəlik hasilatını 300 min barel azalda bilər.
Hazırda Azərbaycanda sutkada 840 min barel neft ixrac edilir. Nazir deyib ki, ölkənin gündəlik hasilatı 1 mln. barelədək artırmaq imkanı var. Ancaq dünya bazarlarındakı hazırkı qiymət fonunda bunu etməyəcəklər.
Hazırda birjalarda neftin bir bareli 40 dollar civarındadır, iyulda isə təxminən bundan 3,5 dəfə baha idi.
Hazırda dünya neftinin 40 faizini OPEK təşkilatına üzv ölkələr verir.