«Sumqayıtelektrikşəbəkə» ilə «Azərsu» Qapalı Səhmdar Cəmiyyəti arasında olan elektrik enerjisi borcu ilə bağlı problem həll olunub.
«Azərsu»dan bildiriblər ki, son 11 ayin borcu olan 8,5 milyon manat vəsait dekabrın 19-dan ödənilməyə başlayacaq. Bu barədə «Azadlıq» radiosuna «Sumqayıtelektrikşəbəkə»dən Anar Quliyev məlumat verib.
Ümumilikdə «Azərsu»nun elektrik enerjisinə görə 46 milyon manatdan çox borcu var. «Azərsu»nun elektrik enerjisini kəsəcəyi halda Bakının bir hissəsi və Sumqayıt susuz qala bilərdi.