Dinlə
Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin hüquqşünası Müzəffər Baxışov deyib. Onun sözlərinə görə, ölkədə 8 minə yaxın məcburi köçkün var ki, onlar daxili miqrantlar hesab olunurlar.
Azərbaycandan xaricə gedən miqrantlar isə daha çox Rusiyada yaşayırlar: «Hazırda Rusiyada iqtisadi böhrandır. Artıq orada millətçilər baş qaldırıblar. Bildirirlər ki, Rusiyada ilk növbədə ruslar işlə təmin olunmalıdırlar, sonra miqrantlar. Bu məsələni BMT-nin baş katibi də yaxşı dərk edir. Ona görə də bütün dünyaya müraciət edib ki, siz onlara təkcə miqrant kimi deyil, peşəkar, bacarıqlı işçi kimi qiymət verməlisiniz».
Müzəffər Baxışov onu da dedi ki, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi 18 dekabr – Beynəlxalq Miqrantlar Günü ilə əlaqədar miqrant həftəsi elan edib. Miqrant həftəsi dekabrın 15-dən başlayıb və ayın 22-dək davam edəcək. Həftəliyə Rus Dram Teatrında yekun vurulacaq: «Miqrant Həftəsi» barədə həmin tədbirdə geniş məlumat veriləcək. Həftəlik çərçivəsində bizim ofisə miqrantlar müraciət edirlər və biz onlara pulsuz yardım edirik, hüququ məsləhətlər veririk».
Beynəlxalq Miqrantlar Gününün yaranma tarixçəsindən söz açan müsahibimiz dünyada təxminən 200 milyona yaxın miqrantın olduğunu dedi. Miqrantların hüquqlarının müdafiəsi zərurəti meydana çıxdığından Beynəlxalq Miqrasiya Təşkilatı BMT-yə müraciət edib. Və 2004-cü ildən etibarən dekabrın 18-i Beynəlxalq Miqrantlar Günü elan olunub».
Müzəffər Baxışov Azərbaycana gələn miqrantların hüquqlarından da söz açdı. Dedi ki, ölkədə miqrantlarla bağlı problemləri tənzimləyən qanunlar mövcuddur: «Birincisi, miqrantlar Azərbaycana vizayla gələ bilərlər. Vizada göstərilən müddət ərzində burada qala bilərlər. İkincisi, Azərbaycanın vizasız əlaqələri olan ölkələrdən gələn miqrantlar burada 90 gün qala bilərlər. Əgər daha çox burada qalmaq istəsələr, Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və 1 ilə qədər müvəqqəti miqrant statusu ala bilərlər».