GUAM ölkələri MDB sammitinə dəvət olunmadı

Qeyri-formal sammitdə dünya iqtisadi böhranı müzakirə olunmalıdır

Dekabrın 19-da Qazaxıstanında MDB-nin qeyri-formal sammiti başlayır. Ancaq MDB-nin 12 üzvündən yalnız 8-i dəvət olunub. Qazaxıstanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı izahat verməyib. Tədbirə dəvət olunmayanlar Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadır.
Gürcüstan birtərəfli qaydada MDB-dən çıxdığını elan edib. Sammitə dəvət almayan ölkələrin hamısı GUAM üzvləridir. Qeyri-formal sammitdə dünya iqtisadi böhranı müzakirə olunmalıdır.