Çempionlar Liqasının və UEFA kubokunun püşkü atıldı

Çempionlar Liqası iddialı klubları üz-üzə gətirdi

Dekabrın 19-da İsveçrənin Nion şəhərində futbol üzrə Çempionlar Liqasının 8/1 final mərhələsinin püşkü atılıb. Püşkün nəticələri aşağıdakı kimi olub:
«Çelsi» (İngiltərə) - «Yuventus» (İtaliya)
«Real Madrid» (İspaniya) - «Liverpul» (İngiltərə)
«Arsenal» (İngiltərə) - «Roma» (İtaliya)
«Olimpik Lion» (Fransa) - «Barselona» (İspaniya)
«İnter» (İtaliya) - «Mançester Yunayted» (İngiltərə)
«Vilyareal» (İspaniya) - «Panatinaikos» (Yunanıstan)
«Sportinq» (Portuqaliya) - «Bavariya» (Almaniya)
«Atletiko Madrid» (İspaniya) - «Portu» (Portuqaliya)
İlk oyunlar gələn il fevralın 24-25-i, cavab qarşılaşmaları isə martın 10-11-i baş tutacaq.

Dekabrın 19-da İsveçrənin Nion şəhərində həmçinin UEFA kubokunun 16/1 mərhələsinin püşkü atılıb. Bəzi maraqlı cütlükləri təqdim edirik:

«Sampdoriya» (İtaliya) – «Metallist» (Ukrayna)

«Aston Villa» (İngiltərə) – SSKA (Rusiya)

«Fiorentina» (İtaliya) – «Ayaks» (Hollandiya)

«Verder Bremen» (Almaniya) – «Milan» (İtaliya)

«Bordo» (Fransa) – «Qalatasaray» (Türkiyə)

«Dinamo Kiev» (Ukrayna) – «Valensiya» (İspaniya)

«Zenit» (Rusiya) - «Ştutqart» (Almaniya)

«Şaxtyor» (Ukrayna) – «Tottenhem» (İngiltərə)

UEFA kubokunda ilk oyunlar gələn il fevralın 18-19-u, cavab qarşılaşmaları isə fevralın 26-da keçiriləcək.