Partlayış baş vermiş binada yanğın olub

İlkin ehtimallara görə, hadisə qaz sızmasından baş verib

Partlayış zamanı mənzilləri dağılmış sakinlər Nizami rayonu İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Buna səbəb onların uşaq bağçasında yaşamaq istəməməsidir.

İcra hakimiyyətindən sakinlərə müvəqqəti yaşamaları üçün 250-300 manata kirayə ev tapmaları təklif olunub. Sakinlərsə deyir ki, kirayə haqqı yüksək olduğundan, bu qiymətə mənzil tapmaq mümkün deyil. / ANSPress /

***

Azərbaycan paytaxtında bir müddət əvvəl partlayış baş vermiş binada yanğın olub. Hadisə saat 11:00 radələrində binanın 4-cü blokunda yerləşən mənzillərdən birində baş verib. Yanğına mənzildəki televizorun naqilində yaranan qısaqapanma səbəb olub.

Yanğının qarşısı artıq alınıb, hadisənin baş verdiyi mənzilə isə ciddi ziyan dəyməyib.

Dekabrın 13-də Nizami rayonu Naxçıvanski küçəsi, 34 ünvanında yerləşən yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində binanın 2 bloku dağılıb, 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. İlkin ehtimallara görə, hadisə qaz sızmasından baş verib / APA /