İran dəniz quldurlarına qarşı

Son bir neçə ay ərzində Somalidə onlarla yük gəmisi girov götürülüb

İran Somali dəniz quldurlarına qarşı mübarizədə beynəlxalq kampaniyaya qoşulub. İran Dövlət Radiosunun verdiyi məlumata görə bu ölkənin hərbi gəmiləri artıq Somali sularına daxil olub.
Hazırda ABŞ, Rusiya, İtaliya, Danimarka və bir neçə ölkənin hərbi gəmiləri Somali sularında keşik çəkirlər.

Son bir neçə ay ərzində Somalidə onlarla yük gəmisi girov götürülüb. Dəniz quldurları gəmiləri azad etmək əvəzində pul tələb edirlər.