İran rəsmiləri mərkəzin əməkdaşlarını qeyri-qanuni fəlaiyyətdə ittiham edirlər. Bu haqda xəbər yayan Mehri agentliyinin məlumatında deyilir: ”Mərkəz rəsmi icazəsi olmadan siyasi partiya kimi fəaliyyət göstərib, yerli və beynəlxalq təşkilatlarla qanunsuz munasibətlər yaradıb, mətbuat konfransları və seminarlar təşkil edib”
Azadlıq Radiosunun İran xidmətinə verdiyi müsahibədə İnsan haqları mərkəzinin rəhbərlərindən biri Nərgiz Mohammadi hadisəni təvie edərək bildirib ki, 15 nəfərə yaxın adam Mərkəzin Tenranın şimal-qərbindəki ofisinə daxil olub. Onun sözlərinə görə, bəzilərinin mülki geyimli agentlər, bəzilərinin isə rəsmi forma daşıdığı şəxlərdən ibarət bu qrup təşrif gətirəndə Mərkəzin əməkdaşları Şirin İbadi də daxil olmaqla Beynəlxalq İnsan haqları gününə həsr edilmiş tədbir keçirirməyə hazırlaşırdılar.
“Mənim onlardan rəsmi sənəd göstərmək tələblərim rədd edildi. Hazırda binada 10-15 nəfər adamdır, bizi lentə alırlar” – deyə N.Mohammadi əlavə edib. O bildirib ki, Mərkəzin hazırladığı tədbirə 300-ə yaxın qonaq dəvət edilsə də onları içəri buraxmayıblar.
“Bu, qanunsuzluqdur. Onların buna nə səlahiyyəti var, nə də rəsmi bir icazələri. Hazırda onlar bizim etirazlarımıza məhəl qoymadan ofisi bağlayırlar” – deyə Mohammadi bildirib..
Şirin İbadi də bu hərəkətləri tənqid edərək bildirib ki, İranın insan haqqları müdafiəçilərini bu yolla saxlamaq mümkün olmayacaq. “Heç bir rəsmi sənəd göstərmədən ofisin bağlanması qanuna ziddir. Biz buna etiraz edəcəyik. Bu bizi insan haqlarının müdafiəsi işindən əl çəkməyə vadar edə bilməyəcək” – deyə İbadi Röyters agentliyinə bildirib.
Bu il dekabrın 10-da Cenevrədə BMT-nin insan haqlarına həsr olunmuş beynəlxalq forumunda çıxış edən Şirin İbadi bəzi müsəlman ölklər başçılarının və dünyanın sonuncu kommunist rejimlərinin insane haqlarına olan münasibətini kəskin tənqid edib. O bildirib ki, müsəlman diktatorlar islam dinindən öz hakimyyətlərini möhkəmləndirmək üçün sui-isitfadə edirlər.