Bakı meriyasına 14 milyon manat vəsait ayrıldı

Bu barədə prezident sərəncam verib. Vəsait qış mövsümünə hazırlıqla bağlı mənzil-kommunal təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi üçün sərf olunmalıdır.
Bakı Şəhər İcra Hakimiyyətinə köçürüləcək pul prezidentin Ehtiyat Fondundan ayrılıb.