Medvedev Ukraynanı hədələdi

Prezident Medvedev Rusiyanın Ukraynaya qarşı sanksiya tətbiq edəcəyini deyir

Prezident Dmitri Medvedev Ukraynanı hədələyib, deyib ki, Kiyev Rusiyaya olan qaz borcunu verməsə, ölkəsi Ukraynaya sanksiya tətbiq edə bilər. Prezident Medvedev Rusiya telekanalına müsahibəsində belə deyib.
Bundan öncə isə Rusiyanın qaz nəhəngi «Qazprom»dan bir daha bildiriblər ki, yanvardan Ukraynaya qaz verilməsini dayandıracaqlar. «Qazprom»un sözçüsü Sergey Kupriyanov:

«Əgər Ukraynaya 2009-cu ildə qaz verməklə bağlı müqavilə imzalanmayıbsa, yanvarın 1-dən müqaviləsiz qaz verə bilmərik».

«Qazprom»dan deyirlər ki, hazırda maliyyə böhranı və siyasi çaxnaşma ilə üz-üzə olan Ukraynanın onlara qaza görə 2,1 milyard dollar borcu var, bundan başqa rəsmi Kiyev cərimə də ödəməlidir.