Amerika səfirliyi xüsusi təhlükəsizlik rejiminə keçib

Bu həftənin əvvəli Amerikanın Kiprdəki səfirliyi belə bir bağlama almışdı

Türkmənistandakı Amerika səfirliyi xüsusi təhlükəsizlik rejimində çalışır. Səbəbsə səfirliyə şübhəli ağ tozla dolu bağlamanın göndərilməsi olub.
Dekabrın 8-dən bu vaxta kimi Amerikanın dünyadakı 20-yə yaxın səfirliyinə belə bağlamalar göndərilib. Amma onların çoxunda bu tozun əslində zərərsiz olduğu aşkarlanıb.

Bu həftənin əvvəli Amerikanın Kiprdəki səfirliyi belə bir bağlama almışdı.