«Konstitusiyaya təklif olunan dəyişikliklərdə gizli video və foto çəkilişə tətbiq ediləcək məhdudiyyətlər mətbuat azadlığına maneə yaratmayacaq».
Bunu jurnalistlərlə söhbətində Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. Onun sözlərinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 10-cu maddəsində şəxsi həyatın toxunulmazlığı məsələsi nəzərdə tutulur:
«İnsan həyatının toxunulmazlığı, şəxsi həyata adamların özünün icazəsi olmadan müdaxilənin qarşısının alınması bütün Azərbaycan cəmiyyətinin arzusudur. Digər bir məsələ ondan ibarətdir ki, hər bir insanın tənqid olunmaq hüququ olduğu kimi, təkzib vermək hüququ da olmalıdır. Əgər insanın həyatı ilə bağlı səhv məlumat verilibsə və bu, onun ictimai-siyasi nüfuzuna ciddi xələl gətiribsə, ailə münasibətlərinə ziyan vurubsa, əlbəttə, insanın onu təkzib etmək haqqı olmalıdır».
Ə.Həsənov deyir ki, hər iki müddəa, Azərbaycan jurnalistikasının, azad sözün inkişafına heç bir maneə yaratmayacaq. Əksinə bu, jurnalistikanın daha məsuliyyətli olmasına stimul verəcək.
Konstitusiyaya əlavə və dəyişikliklər layihəsində şəxsi toxunulmazlıq hüququ maddəsinə (32) iki əlavə təklif edilir. Birinci əlavədə deyilir ki, özünün razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. İkinci əlavədə isə qeyd olunur ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs pusquya, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə onun xəbəri olmadan və etirazına baxmadan məruz qala bilməz.
Jurnalist birlikləri, mətbuat məsələləri üzrə ekspertlər bu əlavələrin mətbuat azadlığını məhdudlaşdırdığını bildirirlər.