Qar paytaxtı iflic edib

Bakı, 1 yanvar 2009

Yağan ilk güclü qar paytaxt Bakıda hərəkəti iflic edib. Şəhərdə qumsəpən və yolları təmizləyən maşınlar arasıra gözə dəyir. Yollar buz bağladığından avtomobillərin hərəkəti xeyli çətinləşib. Adi günlərdən fərqli olaraq sərnişin daşıyan avtobusların sayı azalıb. O qədər də çox olmayan taksilərsə qiymətləri bir neçə dəfə qaldırıblar. Onlar qiymətlərin belə qaldırılmasını hərəkətin çətinliyi və adi günlərlə müqayisədə avtomobillərin daha çox yanacaq işlətməsilə izah edirlər.

Bakının əksər yerlərində adamların sərnişin avtobusları və avtomobilləri itələməsi hallarına rast gəlmək olur. Şəhərin bəzi yerlərindən «Azadlıq» radiosuna verilən məlumatlara görə, qaz və işığın verilməsində də fasilələr yaranıb.