Bakı-Naxçıvan reysində ləngimələr var

Bakıda yerüstü nəqliyyatı isə qar iflic edib

Qarlı hava şəraiti yanvarın 1-də Naxçıvan Muxtar Respublikasına uçan təyyarənin ləngiməsinə səbəb olub. Bu barədə «Azadlıq» radiosuna Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, qalan reyslərdə hələ ki hər hansı problem yaranmayıb, Heydər Əliyev adına Beynəlxalq hava limanına enən bütün təyyarələr normal şəkildə qəbul edilir, qarlı hava aeroportun işində hər hansı problem yaratmayıb.