Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin müavinləri tezliklə toplaşıb Rusiya ilə Ukrayna arasında qaz mübahisəsini müzakirə etmək qərarına gəliblər. Nazir müavinləri Rusiya ilə Ukraynanın qaz mübahisəsinə Birliyin vahid mövqeyini formalaşdırmalıdırlar. Xəbəri “Frans Press” agentliyi yayıb, amma hələlik toplantının vaxtı bəlli deyil.
Rusiyanın Avropaya qaz təchizatı əsasən Ukrayan ərazisi ilə həyata keçirildiyindən Avropa ölkələri mübahisənin onlara da təsir edəcəyindən narahatdırlar.
Bu arada Polşa bildirib ki, Ukrayna vasitəsilə aldığı qazın həcmi təxminən 6 faiz azalıb. Polşa istifadə etdiyi qazın 40 faizini Rusiyadan alır.
Rusiyanın “Qazprom” şirkəti isə bildirir ki, Ukrayna Avropa üçün nəzərdə tutulan qazdan oğurlamağa başlayıb. Ukrayna ittihamı rədd edir.
Yanvarın 1-dən Rusiya Ukraynaya gedən qazı kəsib. “Qazprom” Ukraynanın ona 2 milyard dollardan çox borcu olduğunu deyir. Rusiya həm də qazın qiymətini qaldırır. Ötən il Ukrayna Rusiyadan aldığı qazın hər min kubmetrinə 201 dollar ödəyirdi. Rusiya isə bunadan belə qazın hər min kub metrinə 250 dolar istəyir.
250 dolları qaza görə baha qiymət hesab edən Ukrayna həm də köhnə borclardan 1 milyard dollara qədər artıq ödədiyini bildirib.