Dörd nəfər dəm qazından boğularaq ölüb

Yanvarın 1-dən Azərbaycanda dəm qazından yeddi adam ölüb

Biləcəri qəsəbəsində bir ailənin dörd üzvü dəm qazından boğularaq ölüb. Hadisə fərdi yaşayış evlərinin birində baş verib. Biləcəri sakini Hidayət Balayevin həyat yoldaşı, oğlu, qızı və gəlini boğulublar.

Ailə başçısı Hidayət Balayevin özü və digər qızı isə evdə olmadığından, sağ qalıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən Azərbaycanda dəm qazından yeddi adam ölüb.