Yolka əhvalatına görə valideynləri saxladılar

Yeni İl yolkasının işığını kəsməkdə şübhəli bilinən gənclər və onların valideynləri

Naxçıvanın Sədərək rayonunda Yeni İl yolkalarından birinin işığını kəsməkdə şübhəli bilinən gənclərin valideynləri polisə çağırılıb. Onlardan şikayətlərini geri götürmələri tələb olunub.

Belə ki, dekabrın 24-də yolka əhvalatına görə 7 gənc gecə saatlarında polis bölməsinə aparılıb, orada düyülüb və saçları kəsilib.

Valideynlərdən biri - 72 yaşlı İsmayıl Hüseynovun oğlu Elvin Hüseynov «Azadlıq» radiosuna deyib ki, yanvarın 3-ü səhər polis bir neçə valideyni evdən çıxararaq Sədərək rayon İcra Hakimiyyətinə aparıb. Daha sonra onları rayon polis şöbəsinə göndəriblər. Şöbədə onlardan şikayətlərini geri götürmələri tələb olunub. Tələblə razılaşmayan İsmayıl Hüseynovu və onun həyat yoldaşı Xanımzər xanımı psixi xəstəliklər dispanserinə göndəriləcəkləri ilə hədələyiblər.

Elvin Hüseynova bildiriblər ki, valideynləri hazırda Muxtar Respublikanın Daxili İşlər Nazirliyindədir və onlar tezliklə sərbəst buraxılacaqlar.