Dəm qazından kütləvi zəhərlənmə

Azərbaycanda builki qış mövsümündə 20-dən artıq şəxs dəm qazından ölüb

Azərbaycanın bölgələrində bir gündə 34 nəfər dəm qazından zəhərlənib. Bu barədə yanvarın 5-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yanvarın 4-də Hacıqabul rayonunda keçirilən yas mərasimində iştirak edənlərdən 26 nəfəri dəm qazından zəhərlənmə ilə xəstəxanaya müraciət ediblər və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Həmin gün Salyan rayonunun Yenikənd kənd sakini Zöhrə Həsənovanın evində 8 nəfər qonaq dəm qazından zəhərlənib. Onlar xəstəxanaya aparılıb və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hər iki faktla bağlı araşdırmalar aparılır.

Azərbaycanda builki qış mövsümündə 20-dən artıq şəxs dəm qazından ölüb.